|
Hadi qaraçay
Sevimli Səməd, sənin başının necə şuluq olduğunu, vaxtının necə darısqal olduğunu bildiyim üçün, bu yazı mənə iki qat etgi buraxdı. Sayın dostum S.H.Bayat demişkən : iki saat, üç saat vaxt ayırıb bir yazı yazırsan, oxucu 2 dəyqəyə oxuyub üstündən sovuşur. Bu darısqal vaxt içində bu yazıya neçə saat ayırdığını bilmirəm, ancaq dediklərin, yazdıqların olduqca məntiqə uyqun, olduqca yeni faktlarla dolu bir yazıdır. Özəlliklə örnək götürəcəiyimiz ədəbiyat üstündə və olduğumuz zaman aşamasının önəmli bir mərhələ bir aşama olduğunu çox doğru vurğulamısan. . Burasınacan ikimizdə bir düşüncədəiyik. Onda ədəbiyatın nisbiliyi harda qalır deyə soruşa bilərsən. Öz ədəbiyatımızda diri bir örnəiyim olmadığından fars dilindən örnək verim. Sayın Q.H.Saedi, S.Hidayətin yazdığı ünlü ”Se qətre xun” öyküsü üzərinə, ADİNE dərgisinin 76.cı sayısındakı, Mahmud Qolbatenlə danışığında : ” se qətre xun və Zende bequr saxtemane qesse nədarənd. İnha qesse nistənd ” deyir” . Fars ədəbiyatının başqa bir qütbü olan sayın R.Bərahəni isə eyni öykü üzərinə : ”se qətre xun şahkare sadeq hedayət əst” deiyir. Sayın Bərahəninin yazısının qaynağı əlimdə olmasa da sevimli Səmədin bunu sayın Bərahənidən bir başa öyrənə biləcəiyini yaxşı bilirəm. Nisbilik qonusu yalnız ədəbiyat deiyil bütün bilim alanlarında, götürülən ölçülərə öz etgisini qoymuş, təsdiqini tapmış bir anlayışdır. Mütləq deyə ınanacağımız hansıysa bir anlayış yoxdur. özəlliklə də ədəbiyatı. Ədəbiyat alnında bütün ədəbiyatçıların, ya bir çox ədəbiyatçının səs bir olacağı meyar bir ölçünün olmadığına və beləliklə də istənilən mətnin dəyərləndirilməsində aydın bir nisbiyətin hakim olduğuna ınanıram. bu anlayışlar Hadi Qaraçayı duyğusal birisi edirsə, duyğusallığımı da boynuma alıram. Sevgilərimlə |