|
?!Nə biçim biz Kiyan xiyav Düşmanları düşünməz Dostları anmaz Doğunca dərdinə varan ?!Nə biçim oğulların biz !Çalma dədəm,çalma .Sazından keçməli oldun sonunda ,Qanlı qurşun qoxulu qundaqlarımız .Al bizi,al deyir sənə Uc-bucağı bilinməz çöllər bilər Durnaların görünməz uçar yerləri .Oğulların necə yox olduğunu Sunduqları heç də alınmayan sirlər Sevdikləri heç də bulunmayan pirlər .Ölüb-ölüb tükənərlər sürgünlərdə !Çalma dədəm,çalma Yetər artıq .Boylarında ölümü nəş`ə sandığımız ,Və qızıl gül suyu kimi andığımız . Söylərində banıların göz yaşını Alçaldılmış Lə`nətlənmiş Unudulmuş Heç kim özü ola bilməyən çağlarda Nə biçim bir səndən olub ?!Sənə oxşayanların biz itən sevgililər olar,biz olarıq durnalarla səsimiz dumandan gələr dünyanın adlım kitablarını yazarıq oxunmaz ,və terorlar,zorlar, ...gövdəmizdən tüklər saldırar kı haaaa və bu gün,əski deyil yeni məzarları eşər və həp dərdsiz oxucularla dərdləşər ?! nə biçim şairlərin biz !Ax,bağışla dədəm!bağışla dədəm Qopuzundan keçməli oldun sonunda Və bir kərə qucaqlamalı oldun ! Sürgündə qurşun qoxuyan qundaqları
نه بیچیم بیز؟!
دوستلاری آنماز دوغونجا دردینه واران نه بیچیم اوغوللارین بیز؟!
سازیندان کئچمهلی اولدون سونوندا. قانلی قورشون قوخولو قونداقلاریمیز، آل بیزی،آل دئییر سنه.
دورنالارین گؤرونمز اوچار یئرلری اوغوللارین نئجه یوخ اولدوغونو. سوندوقلاری هئچ ده آلینمایان سیرلر سئودیکلری هئچ ده بولونمایان پیرلر اؤلوب-اؤلوب توکنرلر سورگونلرده.
یئتر آرتیق بویلاریندا اؤلومو نشه ساندیغیمیز. و قیزیل گول سویو کیمی آندیغیمیز، سؤیلرینده بانیلارین گؤز یاشینی.
لعنتلنمیش اونودولموش هئچ کیم اؤزو اولا بیلمهین چاغلاردا نه بیچیم بیر سندن اولوب سنه اوخشایانلارین بیز؟!
دورنالارلا سسیمیز دوماندان گلر دونیانین آدلیم کیتابلارینی یازاریق اوخونماز و تئرورلار،زورلار،مانقورتلاشدیرمالار، گؤودهمیزدن توکلر سالدیرار کی هاااا...
یئنی مزارلاری ائشر و هپ دردسیز اوخوجولارلا دردلشر نه بیچیم شاعرلرین بیز؟!
قوپوزوندان کئچمهلی اولدون سونوندا و بیر کره قوجاقلامالی اولدون سورگونده قورشون قوخویان قونداقلاری!
|